16:59 - 21.12.2022
21 dekabr, Fineko/abc.az. Amerikalı sahibkar və “Twitter”in sahibi Elon Mask şirkəti nə vaxt tərk edəcəyini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, Mask bu vəzifə üçün "kifayət qədər axmaq birini" tapdıqdan sonra Baş direktor vəzifəsindən gedəcəyini bildirib.
Mask Twitter səhifəsində yazıb:
"Bu işi qəbul edəcək qədər axmaq birini tapan kimi Baş direktor vəzifəsindən istefa verəcəm! Bundan sonra proqram təminatı və server komandalarına rəhbərlik edəcəyəm".
Qeyd edək ki, oktyabrın sonunda Mask Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026