11:09 - 19.12.2022
19 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanından gəlmiş nümayəndə heyəti Zəngilana səfər edib.
ABC.AZ-ın məlumatına görə, Səudiyyə Ərəbistanının texnologiya şirkətləri Azərbaycanda bu sahəyə investisiya yatırmağı nəzərdən keçirirlər.
Səudiyyəli nazir Xalid bin Əbdüləziz Əl-Falih qeyd edib ki, nümayəndə heyətinin tərkibində dövlət nümayəndələri də təmsil olunurlar:
"Səudiyyə İnkişaf Fondu Azərbaycanda aktiv fəaliyyət göstərir. Fond 5 layihəni maliyyələşdirib. Onlar azad edilmiş ərazilərdə infrastruktur layihələrini maliyyələşdirməkdə maraqlıdılar".
"Biz Azərbaycan dövləti ilə 30 ildir ki, yan-yanayıq. Bizim üçün ən önəmli məsələlərdən biri azad edilmiş ərazilərə normal həyatın qayıtmasıdır", - səudiyyəli nazir əlavə edib.
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026