Bu ölkələrə yeni səfir təyin edilib - Sərəncam

14:38 - 18.10.2022


18 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dövlət başçısı İlham Əliyev bəzi ölkələrdəki səfirlərin geri çağrılması və yenilərinin təyin edilməsi barədə Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Oktay Sudef oğlu Qurbanovu Azərbaycanın Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.

Digər sərəncamla Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

İlham Əliyev Fəxrəddin İsa oğlu Qurbanovu Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, Anar Laçın oğlu İmanovu Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.