17:08 - 14.10.2022
14 oktyabr, Fineko/abc.az. Azərbaycan 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə qəbul edilən üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir.
ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib. Ermənistanın isə Bəyanatın özünə aid hissəsini icra etmədiyini vurğulayan dövlətimizin başçısı deyib:
“Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.