Putin “Şimal axını” qaz kəmərlərinin gələcəyindən danışıb

16:46 - 12.10.2022


12 oktyabr, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin bu gün, oktyabrın 12-də Rusiya Enerji Həftəsi beynəlxalq forumunda “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin gələcəyi barədə danışıb.

ABC.AZ-ın məlumatına görə, Rusiya lideri qeyd edib ki, şübhəsiz ki, Baltik dənizinin dibi ilə uzanan, zədələnmiş qaz kəmərlərini təmir etmək mümkündür.

"Lakin bu, yalnız o halda məna kəsb edəcək ki, onlar daha da iqtisadi cəhətdən əsaslandırılsın və təbii ki, marşrutların təhlükəsizliyi təmin edilsin" deyə Putin qeyd edib.

Rusiya lideri bildirib ki, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribat beynəlxalq terror aktıdır.