13:04 - 5.06.2018
5 iyun, Fineko/abc.az. Azərbaycanda gömrük rüsumları azaldıla bilər.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sözlərinə görə, komitə, 2019-cu il dövlət büdcəsi paketinin hazırlanması çərçivəsində hökumətə təkliflər təqdim edəcək.
“Hazırda Gömrük Komitəsi 2019-cu ildə gömrük dərəcələrinin azaldılması üzrə ciddi təklifləri nəzərdən keçirmir, lakin əsasən komitəyə sahibkarlar tərəfindən xammalın idxalına dərəcələrin azaldılması haqda təkliflər daxil olur. Gömrük Komitəsi sahibkarların təkliflərini nəzərdən keçirməyə və zəruri hallarda müvafiq qiymətləndirmədən sonra qərar qəbul etməyə hazırdır”, - deyə Səfər Mehdiyev bildirib.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026