10:48 - 11.10.2022
11 oktyabr, Fineko/abc.az. Ukraynada baş verən son hadisələrlə əlaqədar bir-iki həftə ərzində Türkiyədə otellərdə qiymətlər 1,5-2 dəfə arta bilər.
ABC.AZ xəbər verir ki, Rusiyada fəaliyyət göstərən agentliklərdən bildiriblər.
Qeyd olunub ki, yüksək ehtimalla, Ukrayna infrastrukturuna kütləvi hücumdan sonra Avropada və qonşu ölkələrdə, o cümlədən Türkiyədə qaçqınların sayı artacaq.
"Çünki bu, ən kütləvi və sərfəli variantdır. Yaxın bir-iki həftə ərzində biz Türkiyədə mehmanxanalarda qiymətlərin güclü artımını gözləyirik. Bizim məlumatlara görə, qiymətlər 1,5-2 dəfə arta bilər”, - deyə Agentliklərin ümumi proqnozunda bildirilib.