12:01 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin isinməsini, həll olunmasını istəyirik.
ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyə və Ermənistan arasında hal-hazırda karqo və hava daşınmaları üzrə danışıqlar gedir, xüsusi nümayəndələr ilə xarici işlər nazirlikləri bunları müzakirə edir.
“Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz. Qapılarımızı, hava, avtomobil və dəmir yollarımızı açarıq”.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026