11:06 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank 29 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
ABC.AZ bu barədə tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar oktyabrın 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.
Qərara əsasən, onlardan 1-nin lisenziyası könüllü müraciət əsasında, 28-nin lisenziyası isə onun qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilməsi səbəbi ilə ləğv edilib (Siyahı ilə buradan tanış ola bilərsiniz).
3 Avqust 2026
4 Avqust 2026