17:31 - 23.09.2022
23 sentyabr, Fineko/abc.az. “SAZ-MA” Məhdud Məsuliyyətli Cəmiyyət “Günay Sığorta” ASC-ni məhkəməyə verib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “SAZ-MA” sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb, nizamnamə kapitalı 9.5 milyon manatdır və qanuni təmsilçisi Kamran Babayevdir.
4 Avqust 2026
4 Avqust 2026