11:06 - 14.09.2022
14 sentyabr, Fineko/abc.az. Bir sıra Balkan ölkələri rəhbərliyinin nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Azərbaycanla qışda qaz tədarükü məsələsini müzakirə etməyi xahiş ediblər.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.
"Biz əvvəlcə Bosniya və Herseqovina, sonra Serbiya və Xorvatiyaya səfər etdik. Prezidentlər, baş nazirlər və nazirlər səviyyəsində bizə edilən müraciətlər bu cür idi: "Siz Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəksiniz. Xahiş edirik ki, Putinə və xoş münasibətlərinizin olduğu Azərbaycan Prezidenti İlham Əliyevə çatdırın ki, onlar qarşıda gələn qışda tədarük olunan yanacaq və qaz həcmlərini azaltmasın", - türkiyəli nazir deyib.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026