16:35 - 8.09.2022
8 sentyabr, Fineko/abc.az. Naxçıvan MR-nın Dövlət Gömrük Komitəsinin Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində ticarətin asanlaşdırılması məqsədilə yeni TIR parkı tikilir.
ABC.AZ Komitəyə istinadən xəbər verir ki, 7,3 hektar sahəni əhatə edəcək park nəqliyyat vasitələrinin dövlət sərhədindən keçidinin intensivliyinin artırılmasına, nəqliyyat axınının idarə olunmasına, sərhədkeçmə proseslərinin səmərəli təşkilinə xidmət edəcək, mərkəz rolunu oynayacaq.
Bu məqsədlə inşa olunan xidmət binasının uzunluğu 24 metr, eni isə 12 metrdir.
Burada gözləmə zalı və rəsmiləşdirilmə bölməsi, yeməkxana, qazanxana, anbar və texniki işçilər üçün otaqlar yaradılıb. Binada inşaat işləri yekunlaşıb.
Su, kanalizasiya, elektrik xətləri quraşdırılıb, istilik və havalandırma sistemləri qurulub.
30 İyul 2026