Sığortaçıların attestasiyası keçiriləcək

15:34 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Sentyabrın 9-u, 12-si və 13-də sığorta sahəsində attestasiya keçiriləcək.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 14 sığorta vasitəçisi Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.