15:10 - 5.09.2022
5 sentyabr, Fineko/abc.az. Ali təhsil müəssisələrində dərslərin başlamasına az qalıb. Bu isə o deməkdir ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı ilə paytaxta üz tutur.
ABC.AZ xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev “Report”a açıqlamasında deyib ki, bölgələrdən tələbələrin gəlişi ilə əlaqədar Bakıda kirayə mənzil qiymətləri artıb:
“İyun-iyul ayları ilə müqayisədə hazırda Bakıda kirayə mənzillərin qiymətində 15-20 % artım müşahidə edilir. Yayda 300-350 manata olan mənzillər indi təqribən 400 manata təklif olunur. Kirayə mənzillərə əsas tələbat Yasamal rayonundadır. Çünki ali təhsil müəssisələrinin çoxu bu rayonda yerləşir. Yasamalda ev tapmayan tələbələr hansısa metro stansiyasına yaxın ərazidə ev tapmağa çalışırlar. Bəzən qiymətlər baha olanda tələbələr Bakı ətrafında yerləşən Abşeron, Xırdalan, Masazır kimi ərazilərə üz tutur. Belə olanda həmin tələbənin hər gün ali məktəbə gedib-gəlməsi bir neçə saat vaxt itkisinə səbəb olur".
30 İyul 2026
29 İyul 2026