"AtaSığorta" ASC-nin sədri işdən çıxarılıb?

12:01 - 2.09.2022


2 sentyabr, Fineko/abc.az. "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov şirkətdən ayrılıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib.

Məlumata görə, sentyabrın 2-dən Orxan Məmmədov öz ərizəsi ilə işdən çıxıb.

Səhmdarların növbəti qərarına qədər İH-nin sədr vəzifəsinin müvəqqəti icrası İH-nin sədr müavini Xətai İsmayılova tapşırılıb.

Qeyd edək ki, O.Məmmədov 2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərir. 2011-ci ildə "Paşa Sığorta" şirkətində İdarə Heyətinin üzvü təyin olunub. 2012-ci ildə “AtaSığorta”nın İdarə Heyətinin sədr müavini, 2017-ci ildə İdarə Heyəti sədrinin birinci müavini, 2019-cu ildə isə şirkətin İdarə Heyətinin sədri təyin edilib.