20 sığorta şirkətindən 13-nün ödənişləri artıb - Hesabat

11:12 - 26.08.2022


26 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb.

ABC.AZ-ın məlumatına görə, bu, Mərkəzi Bankın açıqladığı statistik hesabatda öz əksini tapıb. Sözügedən dövrdə 20 şirkətdən 5-nin ödənişləri azalıb, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lərin isə ödənişində dinamika qeydə alınmayıb. Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir.

Bu şirkət 7 ay ərzində 1,458 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çox ödəniş deməkdir. Ödənişləri ən az artan şirkət isə “Azsığorta” ASC-dir. Bu şirkətin ödənişləri 4,755 milyon manat təşkil edib. Bu da illik müqayisədə 3,5% çoxdur.