20 şirkətin xətti ilə bu qədər sığorta haqqı toplanıb

16:47 - 22.08.2022


22 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,501 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 241,128 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 19,9% azdır. 7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı ödəniş edilib.

Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.