11:48 - 29.05.2018
29 may, Fineko/abc.az. OPEC-in baş katibi Məhəmməd Barkindo “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində iştirak edib.
Məhəmməd Barkindonun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi neft-qaz şirkətləri arasında əməkdaşlığın nəticəsidir.
“Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməyə hazırıq. OPEC ölkələri ilə qeyri-OPEC ölkələri arasında əməkdaşlıq inkişaf etdirilməlidir”, - deyə M. Barkindo bildirib.