14:36 - 4.08.2022
4 avqust, Fineko/abc.az. 2022-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir.
ABC.AZ BP şirkətinin 2022-ci ilin yarım illik hesabatına əsasən xəbər verir ki, rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (108 000), Qərbi Azəri (109 000), Şərqi Azəri (62 000), Dərinsulu Günəşli (78 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub.
Bildirilir ki, rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026