10:43 - 2.08.2022
2 avqust, Fineko/abc.az. “İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 478 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ “Renkinq”-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,6% azdır.
Yanvar-iyun aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 6,749 milyon manat (illik müqayisədə 23,3% az), xərcləri 6,152 milyon manat (24,9% az), mənfəət vergisi ödəmələri isə 120 min manat (eyni) təşkil edib.
Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 23,476 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 30,4% azalaraq 7,131 milyon manata, balans kapitalı isə 5,7% azalaraq 16,346 milyon manata düşüb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026