12:08 - 28.07.2022
28 iyul, Fineko/abc.az. “Azfinance İnvestisiya Şirkəti” QSC “Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-ni alıb.
ABC.AZ xəbər verir ki, bunun üçün investisiya şirkəti BOKT-nun nizamnamə kapitalının 700 min manat və yaxud 3,3 dəfə artırılaraq 300 min manatdan 1 milyon manata çatdırılmasında iştirak edib.
Son nəticədə "Optimal Finance"ın digər təsisçilərinin BOKT-dakı payı azalıb. Belə ki, Elçin Əsgərlinin payı 50%-dən 15%-ə, Fərid Eynullayevin payı 30%-dən 9%-ə, Yusif İbrahimovun payı isə 20%-dən 6%-ə düşüb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026