14:44 - 22.07.2022
22 iyul, Fineko/abc.az. Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq ediləcək.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.
Sənəddə bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə 2022-2023-cü illərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının layihəsini təsdiq üçün təqdim etməlidir.
2023-cü ilədək “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq edilməli, ictimai nəqliyyat üçün “Mobillik Xidmət kimi (MaaS)" təcrübəsinin tətbiqi təmin edilməlidir.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026