11:29 - 15.07.2022
15 iyul, Fineko/abc.az. “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov 14 iyul 2022-ci il tarixində Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
ABC.AZ xəbər verir ki, qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarından və Gəncə şəhərindən 47 nəfər iştirak edib.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC sədrinin birinci müavini T. Cabbarov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyacı olan müraciətlər nəzarətə götürülüb.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026