İlham Əliyev testi pozitiv çıxan Maduronu videoformatda qəbul etdi

14:38 - 17.06.2022


17 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

ABC.AZ xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.