15:53 - 9.06.2022
9 iyun, Fineko/abc.az. İyunun 22-də, saat 11:00-da "Bakı Hərrac Mərkəzi" MMC-də (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 27) ləğv prosesində olan "Atabank" ASC-nin daşınar, iyunun 29-da, saat 11:00-da isə “Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan ABC.AZ-a daxil olan məlumata görə, söhbət "Atabank"a məxsus "ProLiant DL360 Gen9" markalı server avadanlığından və "Texnika Bank"a məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, 17 ünvanında yerləşən 284,4 kv.m-lik qeyri-yaşayış sahəsindən gedir. Əmlaklara müvafiq olaraq 1 600 manat və 60 000 manat qiymət qoyulub.
Hərrac iştirakçıları bu məbləğlərin 5%-ni beh kimi hərrac təşkilatına ödəməlidir. Alış qiyməti isə 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
30 İyul 2026
28 İyul 2026