12:28 - 7.06.2022
7 iyun, Fineko/abc.az. “Beynəlxalq Mətbuat Mərkəzi” MMC-nin ləğv olunması barədə elan paylaşılıb.
ABC.AZ xəbər verir ki, elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına (Poçt indeksi 1054) bildirməli olduğu qeyd olunub. “Beynəlxalq Mətbuat Mərkəzi” MMC (BMM) 10.09.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Azər Kalam oğludur.
Qeyd edək ki, yerli mətbuatda A.Vəliyevin Əli Həsənova məxsus biznes şəbəkələrini idarə etdiyi deyilir. BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada BMM-dən başqa “Kaspi” qəzeti, “Azərbaycan müəllimi”, “Kaspi Art” və s. kimi təşkilatlar fəaliyyət göstərib.
14 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026