10:59 - 17.05.2018
17 may, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması üzrə işlərin davam etdirilməsinə dair sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2018-ci il dövlət büdcəsindən yenidənqurma işləri üçün 30 milyon manat ayrılacaq.
Həmçinin dövlət başçısı, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 10 milyon manatın ayrılması haqqında sərəncam verib. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün daha 10 milyon manat ayrılıb.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026