17:03 - 6.06.2022
6 iyun, Fineko/abc.az. Rusiya və Türkiyə dünyada yaranan ərzaq problemlərinin həllində maraqlıdır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov onlayn formatda keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyəyə səfəri barədə şərh verən nazir Ukrayna taxılı barədə də danışıb.
XİN başçısı qeyd edib ki, Moskva və Ankara dünyada yaran ərzaq problemlərinin həllində maraqlıdır: “Ümid edirəm ki, Rusiya və Türkiyə Ukrayna taxılının ixracı variantlarını işləyib hazırlaya biləcəklər. Bu məsələyə prezidentlər nöqtə qoyacaqlar”.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026