16:43 - 3.06.2022
3 iyun, Fineko/abc.az. BMT Baş katibi Antoniu Quterreş və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
ABC.AZ xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Tərəflər gündəlikdə olan aktual məsələləri müzakirə edib, əsas diqqəti Ukraynadan taxıl ixracına yönəldiblər. Belarus Ukrayna taxılını Baltik limanlarına çatdırmağa hazırdır. Həmçinin, dəmir yolu nəqliyyatı ilə daşınmada hər cür köməklik göstərməyə, bunun üçün lazımi imkanları səfərbər etməyə hazırdır", - məlumatda qeyd olunub. Prezidentin mətbuat xidmətindən bildirilib ki, Aleksandr Lukaşenko BMT-nin Baş katibini Belarus, Ukrayna və Baltikyanı ölkələrin nümayəndələrinin iştirakı ilə danışıqlar masası arxasında məsələni müzakirə etməyə dəvət edib.