Bu ölkələrin Avropa İttifaqına üzvülüyü məsələsinə baxılacaq

10:15 - 31.05.2022


31 may, Fineko/abc.az. Avropa Şurası Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına üzvlüyü ilə bağlı müraciətlərinə iyun ayında keçiriləcək sammitdə baxacaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının yaydığı məlumatda qeyd olunub.

Məlumatda qeyd edilib ki, Avropa Şurası Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına üzvlük barədə müraciətləri üzrə Komissiyaların rəylərinin hazırlanmasını nəzərə alır və bu məsələyə iyun ayında keçirilən iclasda qayıdacaq.