13:31 - 20.10.2017
Azərbaycan bütün öhdəliklərə, o cümlədən, OPEC qarşısında öhdəliklərə ciddi yanaşır.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun qeyd etdiyi kimi, noyabr ayında OPEC və OPEC+ nazirlərinin iclası gözlənilir.
“Dəvət aldığımız və rəhbərliyin razılığı olduğu halda, iştirak edəcəyik”, - deyə nazir bildirib.
Pərviz Şahbazov həmçinin vurğulayıb ki, son zamanlar neft bazarında vəziyyətin sabitləşməsi müşahidə olunur ki, bu da düzgün qərar qəbul edilməsinə işarə edir.
“Əgər neft bazarının irəlidəki sabitləşməsinə yönəldilmiş yeni bir qərar qəbul ediləcəksə, o zaman, Azərbaycan həmin qərarı dəstəkləyəcək”, - P.Şahbazov belə deyib
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026