15:17 - 17.05.2022
17 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Türkiyənin Statistika İdarəsi bu ilin aprel ayında xarici vətəndaşlara satılan mənzillərin satışı barədə məlumat yayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub.
Onlara ötən ay 1 152, yanvar-aprel aylarında isə 2 687 mənzil satılıb. Növbəti yerdə İran vətəndaşları qərarlaşıb.
Bu ölkədən olanlar ötən ay Türkiyədə 905, yanvar-aprel aylarında isə 3 161 mənzil alıb. İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə apreldə 714, yanvar-noyabr aylarında isə 2 601 mənzilə sahib olub.
Qeyd edək ki, xaricilər ən çox mənzili İstanbul, Antalya və Ankara şəhərlərində alıblar.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026