14:16 - 6.05.2022
6 may, Fineko/abc.az. Ötən ay ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb.
Dövlət Turizm Agentliyindən ABC.AZ-a bildirilib ki, 2022-ci ilin aprelində ölkəyə 84 402 xarici vətəndaş gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin aprelində ölkəyə 45 764 əcnəbi gəlmişdi.
Cari ilin yanvar-aprel aylarında isə ölkə gələn xarici vətəndaşların sayı 330 679 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 103 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 162 991 əcnəbi daxil olub.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026