10:09 - 21.04.2022
21 aprel, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 30 milyon manatdan çox olub.
ABC.AZ “Renkinq”-ə istinadən xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (327,029 milyon manat), “PAŞA Sığorta” (163,3 milyon manat), “Atəşgah Həyat Sığorta” (49,16 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 45,396 milyon manat), eləcə də “Qala Sığorta” (33,046 milyon manat) ASC-dir.
Qalan 15 sığorta şirkətindən 6-da öhdəliklər 10-30 milyon manat arasında, 7 şirkətdə 1-10 milyon manat arasında, 2 şirkətdə isə 1 milyon manatdan azdır.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026