“Azərsu” ASC-nin sədr müavini vətəndaşları qəbul edib

15:10 - 13.04.2022


13 aprel, Fineko abc.az. 12 aprel 2022-ci il tarixində “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

ABC.AZ xəbər verir ki, qəbul zamanı vətəndaşların əsas müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədr müavini K.Həsənov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb.