Milli Depozit Mərkəzi kadr təyinatları ilə bağlı xəbərləri təkzib etdi

15:00 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) bir sıra media orqanlarında qurumda yeni kadr təyinatlarının həyata keçirilməsi ilə bağlı yayımlanmış məlumatlara münasibət bildirərək xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

MDM-dən bildirilib ki, 2026-cı ilin mart ayında təşkilati strukturda dəyişikliklər aparılaraq bəzi departament və bölmələrin adları yenilənib. Rəsmi internet səhifəsində dəyişdirilən vəzifə adları yeni kadr təyinatı deyil, təşkilati strukturun yenilənməsindən irəli gələn texniki uyğunlaşdırmadır.

Qurum media nümayəndələrini kadr və fəaliyyət məsələlərinə dair məlumatları dəqiqləşdirmədən dərc etməməyə çağırıb.