14:17 - 29.09.2026
29 sentyabr, Fineko/abc.az. “Unibank” ASC-nin Müşahidə Şurasında kadr dəyişikliyi baş verib.
Məlumata görə, bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə Kamen Zahariyev Müşahidə Şurasının müstəqil üzvü və Audit Komitəsinin sədri vəzifələrindən azad edilib.
Xatırladaq ki, K. Zahariyev 2024-cü ilin iyul ayında “Unibank”ın Müşahidə Şurasına müstəqil üzv seçilmiş, həmin ilin oktyabrında isə Audit Komitəsinin sədri postuna gətirilmişdi.
Maliyyə və investisiya sahəsində zəngin beynəlxalq təcrübəyə malik olan K. Zahariyev, eyni zamanda Ukraynanın “Citibank”ında Müşahidə Şurasının üzvü, Bolqarıstanda “Singer-Zahariev Foundation” fondunun həmtəsisçisi kimi fəaliyyət göstərib, müxtəlif beynəlxalq investisiya qurumlarında rəhbər vəzifələr tutub.
Məlumat üçün bildirək ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankının – “Mbank” (1992) və “Promtexbank”ın (1994) birləşməsi nəticəsində təsis olunub. Bankın hazırkı nizamnamə kapitalı 138,2 milyon manat təşkil edir.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026