16:08 - 4.04.2022
4 aprel, Fineko/abc.az. Qazaxıstan daxili bazarı qorumaq üçün taxıl və un ixracına məhdudiyyət tərbiq etmə məsələsini nəzərdən keçirir.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin kənd təsərrüfatı naziri Erbol Karaşukeev bildirib.
Nazir qeyd edib ki, əgər qərar qəbul edilsə məhdidiyyətlər müvəqqəti olaraq tətbiq ediləcək.
“Rusiya taxıl ixracına qadağa qoyub, biz vəziyyəti bilirik və nəzarət altında saxlayırıq. Bu gün səhərə olan məlumata əsasən, taxıl balansımız müsbətdir və müsbət olacaq. Daxili bazar üçün kifayət qədər taxılımız var və ixrac üçün də qalacaq. İxracatçılar məhsullarını daxili bazara satmaq istəmirlər və ixrac qiymətinin qalxmasını gözləyirlər”, - deyə nazir söyləyib.
Bununla belə, Karaşukeev məhdudiyyətlərin konkret olaraq tətbiq ediləcəyi tarixi açıqlamayıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026