11:58 - 4.04.2022
4 aprel, Fineko/abc.az. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Monqolustanın Bayanhonqor, Qovi-Altay, Zavxan, Hovd, Selenqe, Hentiy, Bulqan, Arxanqay, Xövsgöl, Uvs, Bayan-Ölqiy və Darhan-Uul vilayətlərində dabaq xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026