17:19 - 11.03.2022
11 mart, Fineko/abc.az. İran Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda xəstəxana tikməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, bu layihə bu gün Bakıda keçirilən, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında elan ediləcək.
Səfir əlavə edib ki, İranın işğaldan azad edilmiş ərazilərlə bağlı digər layihələri də var.