16:59 - 25.02.2022
25 fevral, Fineko/abc.az. Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putini danışıqlar masasına əyləşməyi dəvət edib.
ABC.AZ-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, Zelenski bildirib ki, Ukraynanın hər yerində döyüşlər gedir.
“İnsanların ölümünün qarşısını almaq üçün danışıqlar masasına oturaq”, - deyə Ukrayna Prezidenti növbəti videomüraciətində söyləyib.