14:25 - 25.02.2022
25 fevral, Fineko/abc.az. Azərbaycanda fermerlər üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən uçotların aparılması imkanı yaradılacaq.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Forumda çıxış edən Azərbaycan Fermerlər Assosiasiyasının sədri Pərviz İlyasov deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələ artıq plana daxildir və onun üzərində müvafiq işlər aparılır.
"Hər bir fermer maliyyə dayanıqlığı göstərmək üçün bu sistem üzərindən uçotlarını apara biləcək ki, biz də öz növbəmizdə, müəyyən imtiyazlar vasitəsilə onları bu prosesə sövq etmək niyyətindəyik. Fermerlər elektron qaydada sistemə illik dövriyyələri, gəlirləri, xərcləri və s. məlumatları daxil edə biləcəklər", - deyə P.İlyasov qeyd edib.
30 İyul 2026