12:59 - 2.05.2018
2 may, Fineko/abc.az. “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmandan irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədi ilə, Vergilər Nazirliyi yeni struktur yaratdı.
Nazirliyin məlumatında deyilir ki, nazirliyin nəzdində yeni İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.
“Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət siseminin təkmilləşdirilməsidir”, - məlumatda belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026