09:35 - 21.02.2022
21 fevral, Fineko/abc.az. Neftin etalon markaların qiymətləri bazar ertəsi ticarətində müxtəlif istiqamətdə dəyişir.
Saat 9:17-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent neftinin aprel fyuçersi $0,21 (0,22%) - barrel başına $93,33-ə qədər düşüb. Fevralın 18 - də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersinin qiyməti $0,57 (0,61%) artaraq barel başına $93,54-ə yüksəlib.
Saat 9: 15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin mart fyuçersi $0,06 (0,07%) - barrel başına $91,13-ə qədər artmışdır. Fevralın 18 - də baş tutan ticarətin nəticələrinə görə, WTI-nin mart fyuçersi barel başına $0,69 (0,75%) - $91,07 səviyyəsinə enib.
Brent və WTI nefti keçən həftəni 2022-ci ilin əvvəlindən ilk dəfə olaraq mənfi istiqamətdə başa vurub. Ötən həftə Brent 0,95%, WTI 2,18% ucuzlaşıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026