15:37 - 18.02.2022
18 fevral, Fineko/abc.az. Azərbaycanda bu gün 22,7 min hektar ərazidə nar əkilir, eləcə də 18 faiz sahədə intensiv bağlar salınıb.
ABC.AZ-ın məlumatına görə, bunu Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində narçılığı bərpa etmək planlaşdırılır.
"2021-ci ildə nar istehsalı 2016-cı illə müqayisədə 22 faiz artaraq 185 min tona çatıb. Bu müddət ərzində biz 25 min dollar məbləğində nar ixrac etmişik. Gələcəkdə nar ixracını məbləğ baxımından artırmaq planlaşdırılır", - deyə o bildirib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026