16:31 - 15.02.2022
15 fevral, Fineko/abc.az. Tikinti obyektinin istismarına icazə verilməsi qaydası təkmilləşdirilir.
ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinə yeni - 102.4-3-cü maddənin əlavə edilməsi təklif olunur.
Təklif olunan redaksiya Məcəllənin qüvvədə olan redaksiyasının 102.4-2-ci maddəsinin natamam olduğundan irəli gəlir və təkmilləşdirmə xarakteri daşıyır. 102.4-2-ci maddəyə əsasən, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026