Azərbaycanda daha bir şirkət açılır

14:33 - 14.02.2022


14 fevral, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin İnzibati binaların istismarı idarəsi kommersiya qurumuna çevrilir.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində qeyd edilib.

Məlumata görə, idarə adını və təşkilati-hüquqi formasını dəyişərək eyni adlı MMC-yə çevrildiyini elan edib.