17:30 - 31.01.2022
31 yanvar, Fineko/abc.az. Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurasının (ARC) ekspertlər kollegiyasının üzvü təyin edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib.
ARC Avstraliya Birliyinin təşkilatı hesab olunur. Bu qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin əldə olunması üçün cavabdehlik daşıyır.
Qeyd edək ki, 1960-cı il yanvarın 7-də Biləsuvar rayonunda anadan olan alim Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026