14:58 - 18.01.2022
18 yanvar, Fineko/abc.az. 2021-ci ildə Fransanın aparıcı avtomobil istehsalçısı - “Renault Group” 2,696 milyon ədəd avtomobil satıb.
ABC.AZ-ın məlumatına görə, bu, 2020-ci illə müqayisədə 4,5% azdır.
Müqayisə üçün qeyd edək ki, “Renault Group”un avtomobil satışları 2020-ci ildə 21,3%, 2019-cu ildə isə 3,4% azalmışdı.
Bununla belə, ötən il holdinq qitənin elektrikli avtomobil bazarında mövqeyini gücləndirib və satdığı avtomobillərin 30%-ni elektromobillər təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026