10:02 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. Qazaxıstanda bir neçə gündür başlayan etiraz aksiyaları fonunda hökumət istefa verib.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-i hökumətin istefasını qəbul edib.
Məlumata görə, indiki hökumət üzvləri yeni kabinet formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.
Alixan Smailov müvəqqəti olaraq Qazaxıstanın Baş naziri vəzifəsini icra edəcək. Smailov bu vəzifəyə qədər Baş nazirin birinci müavini olub.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026